“Prado” ilə yük maşını toqquşdu - Ölənlər və yaralananlar var

prado-ile-yuk-masini-toqqusdu
Oxunma sayı: 3731

Sabirabadda iki nəfərin ölümü və iki xəsarətalma ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən rayonun Qalağayın kəndində qeydə alınıb. Belə ki, Sabirabad rayon sakini 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu idarə etdiyi “Prado” markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan “Shacman” markalı yük maşını ilə toqquşub.

Qəza zamanı “Prado”nun sürücüsü və sərnişini Məmmədova Nigar İxlas qızı dünyasını dəyişib. Digər iki sərnişin- 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə Vüsal qızı və 2010-cu il təvəllüdlü Məmmədova Zəhra Vüsal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli