“Prado” körpüdən su kanalına aşdı - Video

“Prado” körpüdən su kanalına aşdı
Oxunma sayı: 4738

Cəlilabad rayonunda ağır avtomobil qəzası baş verib. 

"Qafqazinfo" xəbər verir ki, rayonun Üçtəpə-Təzəkənd kənd yolunda sərt döngədə idarəetməni itirən sürücü "Prado" markalı minik avtomobilini körpüdən su kanalına aşırıb. 

Xoşbəxtlikdən sürücü qəzadan ciddi xəsarət almadan xilas olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov