“Prado” sərnişin mikroavtobusu ilə toqquşdu - Yaralı var

prado-sernisin-mikroavtobusu-ile-toqqusdu
Oxunma sayı: 1412

Zaqatala - Bərdə marşurutu üzrə işləyən mikroavtobus "Prado" markalı avtomobillə toqquşub.

"Qafqazinfo" xəbər verir ki, hadisə Zaqatalanın Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində mikroavtobusda olan Balakən rayon Qullar kənd sakini 1976-cı il təvəllüdlü Doldolova Təranə Mənsur qızı xəsarət alıb. Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Mikroavtobusun sürücüsü Zaqatalanın Aşağı tala kənd sakini, 1979-cu il təvəllüdlü Qurbanov Mənsur Kamil oğlu, "Prado"nun sürücüsü isə 1955-ci il təvəllüdlü Bakı şəhər sakini Mamayev Ramazan Abdulla oğludur. 

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov