“Prado”dan 80 min dollar apardılar- - Bakıda

pradodan-80-min-dollar-apardilar-
Oxunma sayı: 3950


“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, hadisə bu gecə M.Seyidov küçəsində baş verib. Həmin küçədə yaşayan 1962-ci il təvəllüdlü Qasımov Nizami Teymur oğlu qeyd edib ki, saat 02-dən 09-dək olan müddətdə evin altındakı qarajda saxladığı "Toyota Prado" markalı avtomobildən 80 min dollar oğurlanıb. Naməlum şəxs və ya şəxslər avtomobilin şüşəsini sındıraraq salondakı pulu götürüblər.

Hadisə ilə bağlı 28-ci Polis Bölməsinə məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.