Praqa əhalisi Ukraynaya qarşı ayağa qalxdı

praqa-ehalisi-ukraynaya-qarsi-ayaga-qalxdi
Oxunma sayı: 8814

Bu gün Praqada hökumət əleyhinə etiraz aksiyası keçirilib. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, etiraz aksiyasını parlamentdə olmayan PRO (Human Rights Expertise) partiyası təşkil edib.

Təşkilatın sədri Jindriç Reyxl Çexiya hökumətinin və Baş nazir Petr Fialanın siyasətini tənqid edib:

“Biz nə Amerika, nə Ukrayna, nə Çin, nə də Rusiya hökumətini istəyirik. Biz Çexiya hökumətini, çex vətəndaşlarını istəyirik”.

Reyxlə görə, sosial və səhiyyə sistemləri Ukrayna miqrantlarının axını altındadır.