Premyer Liqa CBC-də yayımlanacaq - - 700 minə

premyer-liqa-cbc-de-yayimlanacaq-
Oxunma sayı: 1468


“Qafqazinfo” xəbər verir ki, TV Premyer Liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək.

Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən  Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.

İlkin razılığa əsasən,  CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq.  Azərbaycan dilində isə AFFA-nın youtube (AFFA Official) kanalında  yayımlanacaq.

CBC Sport kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq. CBC  TV  çəkilişləri   peşəkar səviyyədə - stadiondan asılı olaraq 8-12  kamera ilə həyata keçirməyi,   yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu  o kanala  vermək öhdəliyini də  üzərinə götürüb.


“Qafqazinfo”