Premyer-liqa həsrəti bitir

premyer-liqa-hesreti-bitir
Oxunma sayı: 650

“Qafqazinfo”nun PFL-in saytına verdiyi xəbərə görə, XIX turun oyunları kəskin hava şəraiti səbəbindən təxirə salındığından komandalar XX turun təqviminə uyğun qarşılaşacaqlar. Bu tur baş tutacaq görüşlərin statistik göstəriciləri ilə tanış olun.
XX tur
15 fevral (çərşənbə)
“Sumqayıt” (Sumqayıt) – “Neftçi” (Bakı) +0=0-1, top fərqi - 0:4
Premyer Liqanın debütantı tarixində ilk dəfə ölkənin ən titullu klubunu öz meydanında qəbul edəcək. Səfərdə baş tutan ilk qarşılaşmada son çempiona böyük hesabla uduzan sumqayıtlılar rəqibin qapısına hələ qol da vurmayıb.

“Xəzər Lənkəran” (Lənkəran) – AZAL (Bakı) +10=3-2, top fərqi - 20:7

Eyni vaxtda - 2004-cü ildə yaranan həmyaşıd klubların 16-cı duelinə “Xəzər Lənkəran” üstün durumda çıxır. İndiyədək keçirilən qarşılaşmaların 2/3-də qalib gələn cənublular son 2 görüşdə böyük hesabla quru qələbələr qazanıb.

“Bakı” (Bakı) – “Qarabağ” (Ağdam) +13=11-11, top fərqi - 39:38

Turun ən prinsipial, ən zəngin tarixə malik cütü artıq 36-cı dəfə münasibətlərini ayırd edəcək. İlk dəfə 16 il əvvəl qarşılaşan rəqiblərin duelinda “Bakı”nın üstünlüyü var. Lakin, son 3 oyunda uduzmayan tərəf “Qarabağ”dır. “Bakı” isə növbəti qarşılaşmaya 459 günlük qələbə həsrəti ilə çıxacaq.

16 fevral (cümə axşamı)
“Rəvan” (Bakı) – “Turan” (Tovuz) +1=0-0, top fərqi - 1:0
Unibank Premyer Liqasının debütantı bütün çempionatların iştirakçısı olan rəqibi ilə 2-ci dəfə qarşılaşacaq. İlk dövrədə səfərdə minimal hesablı qələbə qazanan “Rəvan” “Turan”la ilk ev oyununda qüvvəsini sınayacaq.

“Simurq” (Zaqatala) – “Qəbələ” (Qəbələ) +5=3-5 top fərqi - 12:15
Əyalət təmsilçilərinin eyni sayda qələbə qazandıqları matçlardakı top fərqində üstünlük “Qəbələ”nin tərəfindədir. Lakin cari mövsümədək olan son 6 matçda qələbə qazana bilməyən “Simurq” I dövrədəki səfər qələbəsi ilə bu seriyanı qırıb.

“Kəpəz” (Gəncə) – “İnter” (Bakı) +4=2-9 top fərqi - 17:32
3 qat ölkə çempionu olan Gəncə təmsilçisi çempionatlar tarixində ən ağır məğlubiyyəti (0:8) aldığı rəqiblə 16-cı dəfə qarşılacaq. Əvvəlki qarşılaşmalarda böyük üstünlüyə malik “İnter” son 2 matçda qol buraxmasa da, son 2 Gəncə səfərində qalib gələ bilməyib.


Ceyhun Əhmədov