Premyer Liqa matçı yenidən təxirə salındı

premyer-liqa-matci-yeniden-texire-salindi
Oxunma sayı: 855

İngiltərə Premyer Liqasında 18-ci turun “Everton” – “Lester Siti” oyunu yenidən təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın yanvarın 11-də keçirilməsi nəzərdə tutulmuşdu. Lakin “Lester Siti” klubu bu görüşün yenidən təxirə salınmasını istəyib. Buna sözügedən komandada hələ də əksər futbolçuların koronavirusdan tam sağalmaması səbəb göstərilib.

Bu oyunun nə vaxt keçiriləcəyinə qarşıdakı günlərdə aydınlıq gələcək.