Premyer Liqada 15-ci tura yekun vurulur

premyer-liqada-15-ci-tura-yekun-vurulur
Oxunma sayı: 1283

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma baş tutacaq.

“Sabah” ilin ilk rəsmi matçında “Qəbələ”ni qəbul edəcək. Tura “Səbail” - “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun ilk oyun günündə “Zirə” səfərdə “Keşlə”ni 1:0, “Qarabağ” isə “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

XV tur

8 fevral (çərşənbə axşamı)

17:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena".

19:15. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”