Premyer Liqada 17-ci turun oyun cədvəli açıqlandı

premyer-liqada-17-ci-turun-oyun-cedveli-aciqlandi
Oxunma sayı: 1002

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyun cədvəli məlum oldu.

“Qafqazinfo” xəbər verir ki, eyni gündə baş tutacaq qarşılaşmalardan ikisi “CBC Sport” kanalı vasitəsilə, digər iki matç isə Peşəkar Futbol Liqasının rəsmi saytında canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XVII tur

25 fevral (cümə axşamı)

15:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu, (canlı/Pfl.az)

16:00. “Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu, (canlı/CBC Sport)

17:30. “Sabah” – “Keşlə”

“Bank Respublika Arena”, (canlı/Pfl.az)

18:30. “Qarabağ” – “Səbail”,

“Azersun Arena”, (canlı/CBC Sport)