Premyer Liqada 2 matçın vaxtı dəyişdirildi

premyer-liqada-2-matcin-vaxti-deyisdirildi
Oxunma sayı: 983

Azərbaycan Premyer Liqasının 25-ci turunun iki oyununun vaxtı dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, yayım və təşkilati məsələlər ilə əlaqədar olaraq 4 mart tarixdə baş tutacaq “Turan Tovuz”  - “Zirə” və “Sabah”  - “Araz  Naxçıvan” görüşlərinin başlama saatlarında dəyişiklik edilib.

Hər iki görüş əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq, 17:30 və 19:30-da start götürəcək.