Premyer Liqada 27-ci tur

premyer-liqada-27-ci-tur
Oxunma sayı: 1168

Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, tutun bütün görüşləri eyni gündə baş tutacaq.

Açılış oyununda artıq çempionluğu təmin etmiş “Qarabağ” səfərdə “Keşlə” ilə qarşılaşacaq.

Gümüş medalları təmin etməyə çalışan “Qəbələ” isə avrokuboklara vəsiqə iddiasında olan “Sumqayıt”la qarşılaşacaq.

Avropa Liqasına digər iddialı “Neftçi” isə “Səbail”lə üz-üzə gələcək.

“Zirə” də artıq elitanı tərk etməsi dəqiqləşən “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.

Topaz Premyer Liqası
27-ci tur
12 may

“Keşlə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov
Bakı. “İnter Arena”, 17:00.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
Sumqayıt. “Sumqayıt Arena”, 19:00.

“Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov.
Bakı. “Dalğa Arena”, 19:00.

“Zirə” – “Kəpəz”
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.