“Premyer Liqada 8 komanda olacaq” - Elxan Məmmədov

premyer-liqada-8-komanda-olacaq
Oxunma sayı: 1435

 "Riçard Almeydanın millidə oynaması dəqiqləşməyib. Onun üçün növbəti həftənin bazarertəsi müraciət edəcəyik. Yəqin ki, 4 həftə ərzində ali futbol qurumu cavab verəcək. Ondan sonra o, yığmamızda çıxış edə bilər".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov İslam Oyunlarında keçirilən Azərbaycan - Kamerun oyunundan sonra  deyib 

Baş katib Premyer Liqada növbəti mövsüm böyük ehtimalla 8 komandanın çıxış edəcəyini deyib: "Böyük ehtimalla növbəti mövsüm Topaz Premyer Liqasında 8 komanda çıxış edəcək. Çox istərdik ki, onların sayı 10 olsun. Amma sənədlərə baxanda bu mümkün görünmür. Amma hələ tam dəqiqləşməyib. 12 mayda qərar açıqlanacaq".

Məmmədov AZAL-ın birinci divizionda oynayacağını da əlavə edib: "AZAL dağılmayacaq. Onlar birinci divizionda oynayacaqlar".

Elsevər