İngiltərənin “Lester Siti” klubu baş məşqçisi Klod Pyuellə yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın son turlardakı uğursuz çıxışına görə, 57 yaşlı mütəxəssislə yolların ayrıldığı bildirilir.
Pyuel 2017-ci ilin oktyabrından “Lester Siti”ni çalışdırırdı. Premyer Liqa təmsilçisi 27 turdan sonra 32 xalla 12-ci sırada yer alıb.
Son xəbərlər
Son Xəbərlər