Premyer Liqada bunu bacaran ilk braziliyalı oldu

premyer-liqada-bunu-bacaran-ilk-braziliyali-oldu
Oxunma sayı: 1561

“Everton” klubunun hücumçusu Riçarlison İngiltərə Premyer Liqasının tarixinə düşüb.

"Qafqazinfo" xəbər verir ki, braziliyalı futbolçu 29-cu turun “Vest Bromviç”lə səfər matçında (1:0) komandasına qələbə qazandıran qolun müəllifi olub.

Bununla da Riçarlison İngiltərə çempionatında ardıcıl 4 oyunda qol vurmağa nail olub. O, Premyer Liqada iştirak edən braziliyalılar arasında bunu bacaran ilk futbolçudur.

Qeyd edək ki, Riçarlison 2018-ci ildən “Everton”da çıxış edir. 23 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 22 oyunda 6 qol vurub. Hücumçu Braziliya yığmasının da üzvüdür.