Premyer Liqada fasilə bitdi - “Qarabağ” “Şamaxı”ya qarşı

premyer-liqada-fasile-bitdi
Oxunma sayı: 1251

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, çempionatın ikinci hissəsinə Bakıda start veriləcək.

Belə ki, 19-cu turun açılış matçında “Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” hazırda turnir cədvəlinə başçılıq edir. “Şamaxı” isə 7-ci yerdə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
XIX tur
17 yanvar

19:00. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Tofiq Bəhramov adına Respublika stadionu