Premyer Liqada təxirə salınan oyunun vaxtı açıqlandı

premyer-liqada-texire-salinan-oyunun-vaxti-aciqlandi
Oxunma sayı: 1363

Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyununun tarixi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmanın vaxtını açıqlayıb.

Görüş fevralın 28-də Qəbələ şəhər stadionunda reallaşacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, hazırda “Qarabağ” Premyer Liqaya liderlik edir, “Qəbələ” isə sonuncu pillədə qərarlaşır.