“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının II turunun rəmzi komandası müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, iki futbolçu ardıcıl ikinci dəfə simvolik komandaya düşə bilib.
Bunlar "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov və yarımmüdafiəçisi İsmayıl İbrahimlidi.
Qapıçı: Kamal Bayramov - 299 (“Səbail”)
Müdafiəçilər: Ailton Silva - 318 (“Qarabağ”), Franko Flores - 280 (“Keşlə”), Miyusko Boyoviç – 300 (“Keşlə”), Abbas Hüseynov - 275 (“Qarabağ”) - 2
Yarımmüdafiəçilər: Şəhriyar Rəhimov – 305 (“Səbail”), Ağabala Ramazanov - 283 (“Səbail”), İsmayıl İbrahimli - 290 (“Qarabağ”) - 2, Vüsal İsgəndərli – 290 (“Keşlə”)
Hücumçular: Sezar Meza Kolli - 251 (“Keşlə”), Mirabdulla Abbasov - 295 (“Səbail”)
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdı.
Turun ən yaxşı oyunçusu isə "Qarabağ"ın futbolçusu Ailton Silva olub.

Son xəbərlər
Son Xəbərlər