Futbol üzrə Azərbaycan Premyer Liqasında 165 günlük fasilə başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, bu gün 2020/21 mövsümünə start verilib.
29-cu ölkə çempionatının açılış matçı Sumqayıtda keçirilib.
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt”la “Keşlə” avrokubok oyunu öncəsi üz-üzə gəliblər. Bu qarşılaşma qonaqların əlavə vaxtda vurduğu qol sayəsində qazandıqları qələbəsiylə başa çatıb.
Azərbaycan Premyer Liqası
1-ci tur
21 avqust
“Sumqayıt” – “Keşlə” 0:1
Qol: A.Salahlı, 90+4.
Matçın 27-ci dəqiqəsində “Sumqayıt”ın heyətində Rəhim Sadıxov penaltidən yararlana bilməyib (kənara).
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı.
“Sumqayıt Arena”.
Son xəbərlər
Son Xəbərlər