Premyer Liqada yeni mövsümün təqvimi açıqlandı

premyer-liqada-yeni-movsumun-teqvimi-aciqlandi
Oxunma sayı: 1076

Futbol üzrə İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi açıqlanıb. “Qafqazinfo” turnirin rəsmi saytına istinadən xəbər verir ki, çempionat nəzərdə tutulduğu kimi, sentyabrın 12-də start götürəcək.

Mövsümə “Kristal Pelas” – “Sauthempton” oyunu ilə start veriləcək. Günün digər oyunlarında “Fulhem” “Arsenal”ı, “Liverpul” “Lids”i, “Tottenhem” “Everton”u, “Vest Bromviç” “Lester”i, “Vest Hem” isə “Nyukasl”ı qəbul edəcək.
Turun digər oyunlarında “Brayton” “Çelsi”, “Şeffild Yunayted” “Vulverhempton”la qarşılaşacaq.

Birinci turda keçirilməli olan “Bernli” – “Mançester Yunayted” və “Mançester Siti” – “Aston Villa” oyunları isə təxirə salınıb.

İngiltərə Premyer Liqasında son mövsümün qalibi “Liverpul” olub.