Premyer Liqadakı VAR hakimləri müəyyənləşdi

premyer-liqadaki-var-hakimleri-mueyyenlesdi
Oxunma sayı: 1766

Azərbaycan Premyer Liqasında 35-ci turun üç oyununun VAR təyinatları açıqlanıb.

“Qafqazinfo” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iki qarşılaşmada VAR hakimləri əcnəbi olacaq.

"Sabah" - "Sumqayıt" görüşündə belçikalı Natan Verbumen iş başında olacaqsa, "Səbail" - "Neftçi" matçına italiyalı Davide Qersini nəzarət edəcək.

Azərbaycan Premyer Liqası
35-ci tur
18 may

17:00. “Sabah” – “Sumqayıt”
VAR: Natan Verbumen
AVAR: Əliyar Ağayev

17:00. “Səbail” – “Neftçi”
VAR: Davide Qersini
AVAR: Eyyub İbrahimov

17:00. “Kəpəz” – “Zirə”
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov