Premyer Liqanı tərk edəcək növbəti klub müəyyənləşdi

premyer-liqani-terk-edecek-novbeti-klub-mueyyenlesdi
Oxunma sayı: 1185

İngiltərə Premyer Liqasını tərk edəcək daha bir klub müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, çempionatın 33-cü turunda səfərdə “Uotford”a 1:4 hesabı ilə məğlub olan “Fulhem”in Premyer Liqa ilə vidalaşacağı dəqiqləşib.

Daha öncə “Haddersfild”in Premyer Liqanı tərk edəcəyi dəqiqləşmişdi.

Qeyd edək ki, “Fulhem” ötən mövsüm Çempionşipdən Premyer Liqaya yüksəlmişdi.