Premyer Liqanın püşkü atılacaq

premyer-liqanin-pusku-atilacaq
Oxunma sayı: 910

Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, mərasim 5 avqust tarixində AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü 16 avqustda start götürəcək.