Premyer Liqanın yayımı ilə bağlı qərar dəyişdi -

premyer-liqanin-yayimi-ile-bagli-qerar-deyisdi-
Oxunma sayı: 684


“Qafqazinfo” xəbər verir ki, bu, baş tutmayacaq. Belə ki, oyunların Azərbaycan dilində şərhi AFFA-nın youtube (AFFA Official) kanalında nəzərdə tutulurdu. CBC telekanalı görüşlərin yayımını müvəffəqiyyətlə həyata keçirəcəyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında CBC-Sport kanalı açacağını, qarşılaşmaların yayım hüququnu həmin kanala ötürəcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirmişdi.

AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra oyunların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb.

“Qafqazinfo”