Premyer Liqaya gələcək komanda bu gün müəyyənləşəcək?

premyer-liqaya-gelecek-komanda-bu-gun-mueyyenlesecek
Oxunma sayı: 1852

Bu gün Azərbaycan 1-ci liqasında 2023/24 mövsümün vacibi oyunu baş tutacaq. 

“Qafqazinfo” xəbər verir ki, lider "Qaradağ Lökbatan" 2-ci yerdəki "Şamaxı"nı qəbul edəcək.

Hazırda "Qaradağ Lökbatan"ın aktivində 53, "Şamaxı"nın aktivində isə 51 xal var. Ona görə də sözügedən görüş mövsümün qalibinə aydınlıq gətirəcək. Əgər "Qaradağ Lökbatan" qalib gəlsə, çempionluğu rəsmiləşdirəcək. "Şamaxı"ya isə çempionluq şansını davam etdirməsi üçün yalnız qələbə lazımdır.

Günün digər matçında "Araz Saatlı" "İmişli" ilə üz-üzə gələcək.

16 may (cümə axşamı)

17:00. “Qaradağ Lökbatan” – “Şamaxı”

Lökbatan OİK stadionu

17:00. “Araz Saatlı” – “İmişli”
Saatlı OİK stadionu