Azərbaycan çempionatının I Divizionundan Topaz Premyer Liqasına vəsiqə qazanan sonuncu 3-cü klub müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, bu, "Ağsu" olub.
Rüfət Quliyevin baş məşqçisi olduğu komanda son turda "Şəmkir"lə səfər matçında etdiyi 0:0 hesablı heç-heçə nəticəsində qazandığı 1 xal ona 3-cü pilləni tutmağa yetərli olub. Çünki bunadək həmin pillədə olan "Qaradağ Lökbatan" "Turan Tovuz"la səfər matçınds uduzub. Nəticədə 53 xalla bürünc medalçı olan "Ağsu" rəqibini 1 xal qabaqlayıb.
Xatırladaq ki, I Divizionun qalibi və gümüş medalçısı kimi Topaz Premyer Liqasına çıxanlar "Turan Tovuz"la "Səbail" olub.
Son xəbərlər
Son Xəbərlər