Azərbaycan birinci divizionunda 24-cü tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, bugünkü görüşlərdən sonra Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib.
Bu, hazırda turnir cədvəlində birinci olan “Araz Naxçıvan”dır. Səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olan MOİK-in liderə çatmaq şansı qalmayıb. Aktivində 54 xal olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri - "Neftçi-2" və "Qəbələ-2"ni çıxmaq şərtilə ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır.
Bu o deməkdir ki, lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.
Son xəbərlər
Son Xəbərlər