Prezident 100 il əvvəl edam edilən kişini əfv etdi

prezident-100-il-evvel-edam-edilen-kisini-efv-etdi
Oxunma sayı: 2242

İrlandiya prezidenti Maykl Higgins 136 il əvvəl ədalətsiz olaraq mühakimə olunan və edam edilən Mayls Coysu ölümündən sonra əfv edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Coys beş nəfərdən ibarət ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan və  haqlarında ölüm hökmü çıxarılan üç kişidən biri olub. 

Qətl törədilən zaman qurbanlardan ən gənci 14 yaşında olub. Cəza 1882-ci ilin dekabrında tətbiq edilib. 

2015-ci ildə İrlandiya hökuməti işin hüquqi dəyərləndirilməsi üçün mütəxəssislərə tapşırıq verib. Nəticədə rəsmi səviyyədə Mayl Coysun cinayətlə əlaqəsi olmadığı etiraf edilib. 

“Mayl Coys səhvən mühakimə olunub və törətmədiyi cinayətə görə asılıb” deyə prezident Higginsin bəyanatında qeyd edilir. Dövlət başçısının sözlərinə görə, bütün məhkəmə prosesi İrlandiya və Böyük Britaniya tarixində utancverici epizoddur. 

Qeyd edək ki, məhkəmə prosesi zamanı Coys özü, həmçinin digər iki məhkum onun cinayəti törətmədiyini etiraf etmişdilər. 

Onu da əlavə edək ki, ölümdən sonra əfv edilmə faktı ölkə tarixində ikinci dəfə baş verir.