Prezident 13 iranlı məhbusu əfv etdi

prezident-13-iranli-mehbusu-efv-etdi
Oxunma sayı: 1520


“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan həbsxanalarında cəza çəkən 13 iranlı məhbus əfv edilib. Onlar 2005 və 2013-cü illər arası müxtəlif ittihamlarla həbs olunmuş şəxslərdir. 

Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Möhsün Molayi bu yaxınlarda mətbuata açıqlamasında  Azərbaycan həbsxanalarında 250-ə yaxın İranlı məhbusun cəza çəkdiyini demişdi. 

Azərbaycan prezidentinin İrana son səfəri zamanı isə rəsmi Tehranın İlham Əliyevlə görüşdə iranlı məhbusların azad edilməsi ilə bağlı məsələ  qaldırdığı bildirilirdi.