Prezident 4 illik təsdiq etdi

prezident-4-illik-tesdiq-etdi
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı sərəncamda Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılmasını, milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması işinin sürətləndirilməsini və dövlət statistika orqanlarının vahid informasiya sisteminin, o cümlədən "e-statistika"nın inkişafını təmin etmək məqsədi ilə qərara alıb ki, "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı" təsdiq edilsin. Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin. Azərbaycan Maliyyə Nazirliyinə tapşırılsın ki, növbəti illərdə dövlət büdcəsinin layihələri tərtib edilərkən bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan vəsaitin ayrılmasını təmin etsin.