Prezident Administrasiyasından Avropa Oyunları ilə bağlı - - Mətbuat konfransı

prezident-administrasiyasindan-avropa-oyunlari-ile-bagli-
Oxunma sayı: 1160


"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, mətbuat konfransı iyunun 11-də saat 16:00-da “Four Seasons” otelinin “Segah” zalında keçiriləcək

Tədbirin vaxtının dəyişdirilməsi həmin gün eyni vaxtda l Avropa Oyunları Əməliyyat Komitəsinin Azərbaycana gəlmiş xarici jurnalistlər üçün mətbuat konfransı təyin etməsi ilə əlaqədardır.
   
Qeyd edək ki, Prezidenti Administrasiyası və Gənclər və İdman Nazirliyinin mətbuat konfransı yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur. Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.