Prezident Administrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin rəhbəri Elnur Aslanovun ABŞ-da yaşayan Türkiyəli ilahiyyatçı, “nurçu” adlanan cameənin lideri Fətullah Gülənə yazdığı iddia olunan məktub yayılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə azadliq.info “veteninfo.az”-a istinadən məlumat yayıb. Məlumata görə, məktub onun elektron poçtuna göndərilib. Məktubun F.Gülənə “[email protected]” elektron ünvandan göndərildiyi göstərilir.
Məktub belə başlayır:
"Sevgili Hocam, bir kaç gündən bəri İstanbuldayım. Osman Şimşek abimizle birlikdeyim. Dün gecə sabaha kadar söhbet etdik.
Sizin sağlığınızla bağlı Osman abimin söylediklerindən tesirlendim ve çok üzülüb göz yaşlarımı tutamadım. Hocam kaş yanınızda olabilseydim, sizin derdinizle dertlene bilseydim. Sizin mübarek yüzünüzü görmek bu dünyada nasib olurmu bilmiyorum. Lakin inşallah ahiretde sizin şefahetinize nail olub cennete eteyinizden tutarak girmek nasib olur.
Osman abime size yurek sözlerimi yazmak istediyimi söyledim. Çok sağolsun anlayışla karşıladı ve izin verdi. Validem Rabiyyet hanımın da size selamları ve hörmetleri var efendim".
“Qafqazinfo” məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsa da, bu mümkün olmayıb.
Son xəbərlər
Son Xəbərlər