Prezident Ağsuda - Fotolar

prezident-agsuda
Oxunma sayı: 2079

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirə səfərini başa çatdıraraq Ağsu rayonuna gəlib.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib ki, abidənin ucaldıldığı Heydər Əliyev Parkında son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.