Prezident ailəsi ilə ağacəkmə aksiyasında

prezident-ailesi-ile-agacekme-aksiyasinda
Oxunma sayı: 731

Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən ağacəkmə aksiyasında iştirak ediblər.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, ağacəkmə aksiyası  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qala-Türkan avtomobil yolunun ətrafında salınmasına başlanılan yaşıllıq massivində baş tutub.