Prezident Aparatının işçiləri vətəndaşlarla görüşəcək

prezident-aparatinin-iscileri-vetendaslarla-gorusecek
Oxunma sayı: 1708

Azərbaycan Prezidentinin Administrasiyasının məsul işçiləri may ayında da respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulunu keçirəcəklər. 

“Qafqazinfo” xəbər verir ki, qəbul cədvəli aşağıdakı kimidir:

14 may 2019-cu il

1. Qax rayonu 

2. Salyan rayonu

3. Şabran rayonu

4. Tovuz rayonu

5. Xocalı rayonu


22 may 2019-cu il

1. Şirvan şəhəri 

2. Daşkəsən rayonu

3. Füzuli rayonu

4. Xızı rayonu

5. Yardımlı rayonu

Qeyd edək ki, qəbullar şəhər və rayonlarda saat 10:00-da başlayır.