Prezident argentinalı naziri qəbul etdi

prezident-argentinali-naziri-qebul-etdi
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin son illər müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini vurğuladı. Qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını deyən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkəmizin Argentina ilə əlaqələri iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatı sektorunda genişləndirməkdə maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Argentina Respublikasının kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauhar ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğuladı. O, Azərbaycan ilə Argentina arasında əlaqələrin iqtisadi, sosial və digər sahələrdə genişləndirilməsi üçün ölkəsinin Prezidentindən ciddi tapşırıqlar aldığını bildirdi.