Prezident “ASAN xidmət”in işçilərinin sayını artırdı

prezident-asan-xidmetin-iscilerinin-sayini-artirdi
Oxunma sayı: 1856

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, dövlət başçısı ASAN-ın işçilərinin say həddini artırıb. Fərmanla agenlikdəki ştat vahidi 715-dən 895-ə qaldırılıb.