Prezident Azərbaycan-NATO münasibətlərindən- - Danışdı

prezident-azerbaycan-nato-munasibetlerinden-
Oxunma sayı: 1313


"Sülh naminə tərəfdaşlıq" proqramına 20 il üzvlük müddəti ərzində Azərbaycan və NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə mətbuat konfransında deyib.

Prezident bildirib: "Mən NATO və Azərbaycan arasında strateji əməkdaşlıq üzrə müzakirələrimizin davam etdirilməsindən çox şadam. Bu mənim NATO-nun mənzil-qərargahına beşinci səfərimdir və əməkdaşlığın səviyyəsini göstərir".

İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin 2012-ci ildə Azərbaycana səfərini xatırladıb: "Bu gün bir çox məsələlər, ISAF-da iştirakımızla bağlı məsələlər üzrə müzakirələri davam etdiririk. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanın təhlükəsizliyinə sadiqliyimizi qoruyacağıq. Hazırda silah və döyüş sursatları olmayan yüklərin təqribən 40 faizi Azərbaycan ərazisi ilə Əfqanıstana çatdırılır və Azərbaycan ərazisi üzrə marşrut ən etibarlı və təhlükəsizdir".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan regionda sülh və təhlükəsizliyi möhkəmləndirmək məqsədi ilə səylərini davam etdirəcək: "NATO-nun sülhməramlı əməliyyatlarında iştirak əməkdaşlığımızın mühüm tərkib hissəsidir".