Prezident Azərbaycan-Türkiyə sazişini təsdiq etdi

prezident-azerbaycan-turkiye-sazisini-tesdiq-etdi
Oxunma sayı: 640

Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişi təsdiq edib.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı həmçinin 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında" sazişi təsdiq edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Abdulla Gül də bir neçə gün əvvəl Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış bir sıra sazişləri təsdiqləyib.