Prezident Bakı Şəhər Statistika İdarəsi binasının açılışında

prezident-baki-seher-statistika-idaresi-binasinin-acilisinda
Oxunma sayı: 4174

Martın 7-də Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışı olub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. 

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.