Prezident baş naziri əvəz edəcək şəxsi tapdı

prezident-bas-naziri-evez-edecek-sexsi-tapdi
Oxunma sayı: 644

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, Pakistan prezidenti Asif Əli Zərdari ölkədə Yusif Ziya Gilanidən boşalan Baş nazirlik postuna Tekstil Sənayesi naziri Maxdum Şəhabəddinin namizədliyini irəli sürüb.

Hökumət mənbələrinin yerli “The Nation” qəzetinə bildirdiyinə görə, təklif qəbul ediləcəyi təqdirdə M.Şəhabəddin Baş nazir vəzifəsinin icrasına başlayacaq. “Röyters” informasiya agentliyinin məlumatında isə Şəhabəddinin namizədliyi iyun ayının 22-də irəli sürüləcəyi bildirilib.

Agentliyin xəbərində Zərdarinin rəhbəri olduğu Pakistan Xalq Partiyasının Şəhabəddinin namizədliyini parlamentdə təsdiqlətmək üçün kifayət qədər say çoxluğuna malik olduğu qeyd edilib. Habelə Tekstil Sənayesi nazirinin koalisiyadakı bütün tərəflərin razı qaldığı namizəd olduğu bildirilib.

Siyasi müşahidəçilər Pakistan prezidentinin qərarının ölkədə ciddi siyasi böhranın yaranmasının qarşısını aldığını ifadə ediblər.