Prezident Baş nazirin təklifini qəbul etdi - Növbədənkənar seçkilər olacaq

prezident-bas-nazirin-teklifini-qebul-etdi
Oxunma sayı: 1380

Yunanıstan prezidenti Prokopis Pavlopulos parlamenti buraxıb növbədənkənar parlament seçkiləri təyin etmək barədə baş nazir Aleksis Tsiprasın təklifini qəbul edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu təklif A.Tsipras tərəfindən “Syriza” partiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasından sonra verilmişdi.

Daha əvvəl Tsipras seçkilərin iyulun 7-də keçiriləcəyini bəyan etmişdi.

Beləliklə, seçkiöncəsi kampaniyaya start verilib.