Prezident Bayraq Meydanında açılış etdi- - Fotolar+Yenilənib

prezident-bayraq-meydaninda-acilis-etdi-
Oxunma sayı: 4449


“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar.

Dövlət başçısı və xanımına muzey haqqında məlumat verilib. 1921-ci ildə inşa olunan və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulan elektrik stansiyasının binası bərpa işlərindən sonra muzey kimi fəaliyyət göstərəcək. 

Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş “Daş salnamə” ekspozisiyasına “Qobustan” və “Qala” qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir.

Bütövlükdə, sənduqələr və başdaşılarında orta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verilir.

Muzeyi ziyarət edən qonaqlar sərgidə təqdim edilən eksponatlar vasitəsilə Azərbaycanda daş plastika ənənələrinin tarixi inkişaf və təkamül mərhələlərini əyani şəkildə izləyə biləcəklər.

***

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Dövlət Bayrağı Meydanı ərazisində yeni inşa edilən “Atelye 61” restoranı ilə tanış olublar.

Dövlət başçısına məlumat verilib ki, Meksika mətbəxinin nümunələrinin təqdim olunacağı “Atelye 61”də qonaqlar həm də Latın Amerikası rəqslərini izləyə biləcəklər.