Prezident Berdiməhəmmədovla görüşdü

prezident-berdimehemmedovla-gorusdu
Oxunma sayı: 773


“Qafqazifonun” məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev deyib: 

- Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Şadıq ki, bizim üçün çox önəmli gündə qonağımızsınız. Bu, bir daha dostluğumuzu, qardaşlığımızı ifadə edir. Türkmənistan ilə Azərbaycan arasındakı əlaqələr məhz dostluq, qardaşlıq əsasında qurulub. Xalqlarımız da daim bir yerdə yaşamışlar, yaratmışlar, bir-birinə arxa-dayaq olmuşlar. Bu gün iki müstəqil dövlət kimi Türkmənistan və Azərbaycan uğurla inkişaf edir. 

Biz sizin uğurlarınızı məmnunluqla qeyd etmək istəyirik. Bu, bizi çox şad edir. Sizin rəhbərliyinizlə Türkmənistan inkişaf yolu ilə uğurla gedir. Əminəm ki, gələcəkdə bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək. Sizin bu gün Bakıda olmağınız özlüyündə bir nümunədir, göstəricidir.

Bir daha Sizi ürəkdən salamlayıram. Xahiş edirəm ki, mənim ən xoş arzularımı qardaş türkmən xalqına çatdırasınız.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana dəvətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qurbanqulu Berdiməhəmmədov 2017-ci ildə Türkmənistanda qapalı məkanlarda döyüş növləri üzrə 5-ci Asiya Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb.