Prezident beşulduzlu otelin açılışında

prezident-besulduzlu-otelin-acilisinda
Oxunma sayı: 6704

Bu gün  Şamaxı rayonunun Şərədil kəndində beşulduzlu “Şamaxi Palace Platinum By Rixos” otelinin açılışı olub. “Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki,  prezident İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. 

Məlumat verilib ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, “SPA” mərkəzi və s. vardır.

Dövlət  başçısı otelin kollektivi ilə görüşüb.