Prezident Bilal Əliyevə ev hədiyyə etdi

prezident-bilal-eliyeve-ev-hediyye-etdi
Oxunma sayı: 4086

Prezident İlham Əliyev Xalq artisti Bilal Əliyevə ev hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat yayıb. Bildirib ki,  bu günə kimi təmirsiz, şəraitsiz evdə yaşayıb:

"Cənab Prezident, bu gün bizim ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Siz təmirsiz, şəraitsiz evdə yaşamağımı, 60 illik yubileyimi nəzərə alaraq, mənə gözəl bir mənzil hədiyyə etdiniz. Buna görə bütün ailəmiz, Bilal Əliyev sevənlər adından sizə sonsuz minnətdarlığımı bildirirəm. Allah sizi qorusun”.

Qeyd edək ki, Prezidentin B.Əliyevə hədiyyə etdiyi mənzil üçotaqlıdır.