Prezident Birgə Media Platforması haqda sənədi imzaladı

prezident-birge-media-platformasi-haqda-senedi-imzaladi
Oxunma sayı: 1331

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Qanunu təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, memoranduma əsasən Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılacaq.

Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.