Argentinalı prokuror Xorxe Felipe di Lelio ölkə prezidenti Maurisio Makri və bir neçə nazirə qarşı ittiham irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, prokuror prezidenti səlahiyyətlərindən sui-istifadə edərək Beynəlxalq Valyuta Fondu ilə kredit sazişi imzalamaqda günahlandırır. İddiaçılardan biri də “Xalq Birliyi” partiyasıdır.
İddiaçıların sözlərinə görə, BVF ilə imzalanan saziş ölkə konstitusiyasına ziddir. Belə ki, parlamentlə razılaşdırılmayıb və ölkə iqtisadiyyatına zərər verə bilər. Qabaqlayıcı tədbir olaraq prokuror məhkəməyə sazişin icrasını dayandırmağı təklif edib.
Qeyd edək ki, mayın 8-də Argentina prezidenti ölkədə pesonun kəskin ucuzlaşması fonunda BVF-dən yardım istəyib. İyunda BVF-nin icraçı şurası sazişi təsdiqləyib və ölkəyə üç il ərzində 50 milyard dollarlıq kredit ayırıb. Vəsaitin 15 milyardı dərhal ödəniləcək.
Son xəbərlər
Son Xəbərlər