“Qafqazinfo” xəbər verir ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən İlham Əliyev Bolqarıstana budəfəki səfəri zamanı bu əlaqələrin müxtəlif aspektlərinin müzakirə olunduğunu söyləyib.
Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunaraq bu layihənin Avropanı Asiya ilə birləşdirməkdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bolqarıstanda keçirdiyi görüşlər zamanı müzakirə olunan məsələlər içərisində enerji layihələrinin əsas mövzu olduğunu vurğulayan prezident bu baxımdan “Cənub” qaz dəhlizinin önəmindən danışıb.
İlham Əliyev bildirib ki, TANAP və TAP layihələrinin tikintisi “Cənub” qaz dəhlizi layihəsini formalaşdırır və bundan sonra da Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu davam etdirəcək. Bolqarıstanın da “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısı olduğunu diqqətə çatdıran prezident gələcəkdə tranzit ölkə kimi Bolqarıstanın həmin layihədə mühüm rol oynayacağını vurğulayıb.
Baş nazir Boyko Borisov belə səfərlərin nəzərdə tutulan layihələrin uğurlu icrasına güclü təkan verdiyini qeyd edib. Baş nazir qeyd edib ki, Bolqarıstanda siyasi hakimiyyəti kimin təmsil etməsindən asılı olmayaraq hər zaman Azərbaycan və “Cənub” qaz dəhlizi dəstəklənəcək. Çünki bu layihə Bolqarıstanın qaz-nəqliyyat sisteminin inkişafına güclü təkan verəcək.
Sonra İlham Əliyev və Boyko Borisov jurnalistlərin suallarını cavablandırıblar.
Daha sonra Baş nazirin adından nahar verilib.
Son xəbərlər
Son Xəbərlər