Prezident bütün səfirləri Bakıya çağırdı - - Yenilənib

prezident-butun-sefirleri-bakiya-cagirdi-
Oxunma sayı: 4190


“Qafqazinfo” xəbər verir ki, bu barədə diplomatik mənbələrdən Modern.az saytına məlumat verilib. Məlumata görə, diplomatik korpusun toplantısında Azərbaycan üçün mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və müvafiq tapşırıqlar veriləcək.

Qeyd edək ki, Azərbaycan dövlət başçısının ötən illərdə diplomatlarımızla bir neçə dəfə belə görüşləri olub.

***

Xarici İşlər Nazirliyi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin Bakıya çağırılması ilə bağlı xəbərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AzVision.az-a açıqlamasında bu barədə rəsmi qərarın qəbul edilmədiyini diqqətə çatdırıb.

“Bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər daxil olur. Qeyd edim ki, bu barədə hər hansı qərar qəbul olunmayıb. Əgər qərar qəbul edilsə, biz bu haqda məlumat verəcəyik”.